Kürün mənsəbində suyun səviyyəsi dənizdən 1,6 metr aşağı düşüb FOTOLAR

Kürün mənsəbində suyun səviyyəsi dənizdən 1,6 metr aşağı düşüb

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Mirnuh İsmayılov, Səidə Zeynalova və Gülnar Hacıyeva, eləcə də k.e.i. Aminə Muradova Salyan və Neftçala rayonlarında çöl tədqiqatında olublar.

Bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, martın 10-dan 14-dək aparılan landşaft-ekoloji monitorinq və elmi tədqiqatın məqsədi Azərbaycanın Aran regionunda şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyətin tədqiqi olub.

Alimlər aran regionunun digər ərazilərinə nisbətən Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığının daha kəskin vəziyyət aldığını müşahidə ediblər. Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəlib. Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb.
Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar.

Mütəxəssislər problemin səbəbləri, şirin su ekosistemlərinin idarə olunması və buna qarşı mübarizə tədbirləri istiqamətində əldə etdikləri materialların təhlilinə dair işləri davam etdirirlər.
Kürün mənsəbində suyun səviyyəsi dənizdən 1,6 metr aşağı düşüb
Kürün mənsəbində suyun səviyyəsi dənizdən 1,6 metr aşağı düşüb
Kürün mənsəbində suyun səviyyəsi dənizdən 1,6 metr aşağı düşüb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...