“Nərminin ölümündə qaynından şübhələndiyim üçün qızım məndən küsdü”

“Nərminin ölümündə qaynından şübhələndiyim üçün qızım məndən küsdü”
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nərminin nənəsi (anası Aynurə İsmayılovanın valideyni) Minayə İsmayılovanın istintaqdakı ifadələri elan edilib. O, prokurorluqda dindirilsələr də, adı məhkəmədə şahid siyahısına daxil edilməyib.

M. İsmayılova ifadəsində göstərib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə ailə qurub: “Kürəkənimin anası Leybə Quliyeva ilə münasibətlərim yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva qızım Aynurəni iki uşaqla birlikdə evdən çıxarıb. Onda hələ üçüncü qız Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Onlar mənim evimdə qalanda Şahanə dünyaya gəldi. Bir müddət mənim evimdə qaldılar. Bir müddət kirayədə qaldılar. Sonradan mənim də dəstəyimlə ev tikib köçdülər”.

Minayə İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olduğunu deyib: “Hazırda qızım mənimlə küsülüdür. Səbəb isə telekanallarda danışanda qaynı Lətifin adını çəkməyim olub. Mən Lətifdən şübhələndiyimi demişəm.

“Nərminin ölümündə qaynından şübhələndiyim üçün qızım məndən küsdü”


Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görmüşdüm. Həmin gün səhər işə getdim. Qayıdandan sonra saat 19.00 radələrində Şəbnəm gəldi ki, Nərmin burada deyil? Dedim ki, yox. Çıxıb getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdir. Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə gödəkçə aparıb verib, sonra keçib Lətifgildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxdur. Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki, dərhal çıxıb gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, minməyib”.

Minayə İsmayılovanın iş materiallarında daha bir ifadəsi var. Həmin ifadədə isə o bildirib ki, qızı Aynurə kafedə işləyirmiş. Hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib. Həmin vaxt qorxuya düşən qızı ona zəng edib, iş yerinə gəlməsini istəyib. O da taksi ilə qızının işinə gedib. Həmin gün yolda Şərif Quliyevi görüb çağırsa da, kürəkəni ona əhəmiyyət verməyib. Qızını iş yerindən götürüb, birlikdə polis şöbəsinə gediblər, orada ərinin Aynurə İsmayılovanın başına gətirdiklərini danışıblar. Bir neçə gün sonra yenidən polis şöbəsinə gediblər. Bu dəfə isə qızı əri ilə barışdığını bildirib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.
“Nərminin ölümündə qaynından şübhələndiyim üçün qızım məndən küsdü”

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...