Azərbaycanlı şirkət rəhbəri İstanbulda həbs edildi - SƏBƏB

Azərbaycanlı şirkət rəhbəri İstanbulda həbs edildi -
Türkiyənin İstanbul şəhərində “Yaşamaq icazə verilməyən əcnəbilər üçün daimi yaşayış icazəsi və deportasiya prosedurları həyata keçirilir” şüarı ilə fəaliyyət göstərən şirkət ifşa olunub.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, İstanbulda bir şirkət xarici vətəndaşların yaşamaq icazəsi müraciətlərinə vasitəçilik edib. Şirkət rəsmiləri sosial media platformalarında “məsləhətçilik” xidməti adı altında “Yaşayış icazəsindən imtina edilən əcnəbilər üçün daimi yaşamaq icazəsi və deportasiya prosedurları aparılır” başlığı ilə saxta sənədlər paylaşıblar.

Şişli Məcidiyyəkənd məhəlləsindəki iş yerinin azərbaycanlı rəsmisi A.H. saxlanılaraq həbs edilib.

Baxış keçirilərkən oradan 2 Türkmənistan və Azərbaycan pasportu, 3 doğum haqqında şəhadətnamə, müxtəlif sənədlərin surətləri, xüsusilə notarius, şəxsiyyət və pasport, 6 elektron imza, 1 noutbuk, cib telefonu və 3 min 600 dollar götürülüb.

Saxlanılan azərbaycanlının həmin şirkətin rəhbəri olduğu bildirilir.

Şirkətə 12 min lirə (1178 manat) inzibati cərimə kəsilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...