Nəsimi məhkəməsində təqsirləndirilən şəxs özünü yandırdı

Nəsimi məhkəməsində təqsirləndirilən şəxs özünü yandırdı


Nəsimi Rayon Məhkəməsində təqsirləndirilən şəxs özünü yandırıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 34 yaşlı Samir Əliyev özünə od vuraraq yandırıb. Qeyd edək ki, Samir Əliyev iyulun 8-dən həbsdədir. Bu gün istintaq müddətinin uzadılması ilə əlaqədar onu Nəsimi Rayon Məhkəməsinə gətiriblər.

Məhbusun həyat yoldaşı Zəminə Əliyeva virtualaz.org saytına ərinin qışqırıq səsini eşidib zala keçmək istədiyini, amma ona imkan vermədiklərini deyib: “Qapıda gözləyirdim, gördüm qışqırıq gəlir, icəri qaçdım, vəkillər çıxıb dedilər ki, özünü yandırıb”.
Nəsimi Rayon Məhkəməsindən isə zənglərimizə cavab verən olmadı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...