Bakıda mənzildən 5 nəfərin meyiti tapılıb

Bakıda mənzildən 5 nəfərin meyiti tapılıb

Bakıda evdən 5 nəfərin meyiti tapılıb. “Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Atilla Əliyev, Lətif Əliyev, İnkişaf Allahverdiyev, Şakir Allahverdiyev və Natiq Səfərovun mənzildən meyitləri tapılıb.

Meyiti tapılan şəxslərdən biri ev sahibi, digərləri isə evə gəlmiş qonaqlardır. İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, hadisə barədə ilk xəbəri haqqin.az saytı yayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...