Bakıda səfirlik maşınına hücum edildi

Bakıda səfirlik maşınına hücum edildi


Liviyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobilə hücum edilib. Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib. M.Naxçıvani küçəsində yaşayan və Liviya səfirliyində müşavir işləyən Liviya vətəndaşı 1973-cü il təvəllüdlü Mohammed Nvara Səlim polisə müraciət edərək, maşınına hücum edildiyini bildirib.

Səfir müşaviri bildirib ki, evinin qarşısında saxladığı səfirliyə məxsus “Toyota Land Cruiser” markalı avtomobilə hücum edilib. Maşının yük yerinin arxa şüşəsi sındırılıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...