Ağstafada maşınla qatar toqquşdu: ər-arvad ağır xəsarət alıb

Ağstafada maşınla qatar toqquşdu:


Ağstafada ər və arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, rayonun Köçəsgər kəndi ərazisində, Tatlı -Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə bağlı olan keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub. Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...