Polisi güllələyən şəxsin görüntüləri ortaya çıxdı - VİDEO

Polisi güllələyən şəxsin görüntüləri ortaya çıxdı -


Saxlanılan şəxs daha əvvəl də məhkumluq həyatı yaşayıb.

3 gün əvvəl Xətai rayonunda əməliyyat zamanı 36-cı polis bölməsi əməkdaşı polis kapitanı İltifat Bayramovun ayağından yaralanması ilə bağlı xəbər vermişdik. Xətai rayon Polis İdarəsi əməkdaşları elə həmin gecə hadisəni törədən əvvəllər məhkumluq həyatı yaşamış Yevgeniy Antonovu tutublar.

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat nəticəsində onun digər cinayət əməlləri də üzə çıxıb. Belə ki, Yevgeniy Antonov istintaqa ifadə verərkən vətəndaş İlham Ağayevə məxsus aptekin kassasından 400 manat nəğd pul oğurladığını etiraf edib. O, aptekdən oğurluq edərkən görüntüsü orada quraşdırılmış nəzarət kamerasına da düşüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxsin digər cinayətlərdə iştirakıının olub olmaması araşdırılır. (Region TV)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1056 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...