Ali Məhkəmə narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verdi

Ali Məhkəmə narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verdi


Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz yolla əldə olunması və saxlanılmasında təqsirləndirilən İsmayıl Kazımovun kassasiya şikayətinə baxılıb. İ. Kazımovun vəkili Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin edərək İ. Kazımovun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, İ. Kazımov Yasamal rayon Məhkəməsinin hökmü ilə 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən apellyasiya şikayəti qismən təmin olunaraq cəzası 2 ilə endirilib. İ. Kazımov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə və ya saxlama) maddəsinə əsasən ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...