Şəkilləri yayılan qız şok faktları AÇIQLADI: - "Əlində silah başımdan dartıb apardı..."

Şəkilləri yayılan qız şok faktları AÇIQLADI: -

“Nə qədər ailəni dağıdıb bu adam. Tək qalmışam, heç kim gəlib demir ki, mənim də ailəmi dağıdıb, mən də şikayət edim”.

Lent.az -ın məlumatına görə, Neftçalada qeyri-etik şəkilləri yayılan yeniyetmə qızın bu sözlərini ictimai fəal Vəfa Nağı sosial şəbəkə profilində paylaşıb. O, başına gələn hadisə ilə bağlı tükürpədici faktları açıqlayıb. Zərərçəkmiş bildirib ki, cinayəti törədən Əyyar Əzizov bundan əvvəl də bir neçə qadına qarşı eyni iyrənc əməlləri edib:

“Başımın ağrısından dayana bilmirəm. Əlində silahla məni başımdan dartıb aparıb. Başımdan bir ovuc saç çıxıb. Yanımda odlu silahdan atəş açıb. Ekspertə gedirəm, iş Əzizov Əyyar Ağalar oğlunun (hadisəni törədən ) xeyrinə həll olsun deyə, deyir heç nə yoxdur. Evimizə gələn qohumumdan polis çağırıb 500 manat pul alıb. Qonşuda qohumda nə qədər adam var, hamısını çağırıblar ki, guya mənim hamısı ilə münasibətim olub. İstəyirlər sübut etsinlər ki, mən çox oğlanla münasibətdə olmuşam. Şəkillər telefonda olan adamlardan pul alıb buraxıblar. Kasıb uşaqlar, evimizdə, həyətdə işləyən adamları çağırıb deyirlər qızın üzünə dur ki, onunla danışıram. Nə qədər ailəni dağıdıb bu adam. Tək qalmışam, heç kim gəlib demir ki, mənim də ailəmi dağıdıb, mən də şikayət edim. Bu adam maşında silahla gəzir, alverçi işləyir pulu çoxdur. Puluna güvənib istədiyini edir. Dayımın torpaq sahəsi onun sahəsi ilə qonşudur. Hadisə olanda danışmağa qorxdum ki, dayıma atəş açar. Özü də bilirəm ki, edər. çünki mən başına oyun açdığı birinci adam deyiləm. Çox cəsarətli qız idim, hər kəs məni çox istəyirdi, indi həyatım qaraldı. Heç vaxt ailəmin başın aşağı salacaq nəsə etməmişəm. Bu hadisənin arxasında çox adam var, burda bələdiyyədən tutmuş, polisə qədər dəyişməlidir. Sonuna qədər gedəcəm, qoy başqa qızlara heç nə edə bilməsin, hazırlaşıb universitetə qəbul ola bilsinlər”.

***

Saat: 13:46

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az -a verilən məlumatda bildirilir ki, Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
96 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...