Azərbaycanlı biznesmen Rusiyada axtarışa verildi

Azərbaycanlı biznesmen Rusiyada axtarışa verildi

Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 45 yaşlı Hacıyev Araz Telman oğlu külli miqdarda dələduzluqda təqsirləndirilir. O, Rusiyadan qaçdığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. APA-nın əldə etdiyi məlumata görə, A.Hacıyev Rusiyada biznes fəaliyyəti ilə məşğul olurmuş.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...