Masallıda 4 nəfər evə hücum edərək ər və arvadı bıçaqlayıb -

Masallıda 4 nəfər evə hücum edərək ər və arvadı bıçaqlayıb -

Masallı rayonunun Alışanlı kəndində evə hücum olub. ONA-nın Cənub bürosunun verdiyi məlumata görə, kənd sakini Xalıq Məmməd oğlu Həsənovun evinə 4 nəfər məqsədli şəkildə zor gücünə daxil olaraq ailə üzvlərini döyüblər.

Zərərçəkənlərin ONA-ya verdiyi məlumata görə, hücum edən şəxslər onlara bıçaq və şüşə ilə xəsarətlər yetirib və evi dağıdıblar.

İlkin məlumata görə, hadisəyə Həsənovların oğlunun hücum edən tərəfin qızını qaçırması səbəb olub.

Hücuma məruz qalan tərəf hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.


Masallıda 4 nəfər evə hücum edərək ər və arvadı bıçaqlayıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...