Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı - VİDEO

Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı -

Dünən səhər saatlarında Bakı şəhərində dəhşətli yol qəzası baş verib.

“Avtosfer.az” saytı xəbər verir ki, Babək prospektindən Y.Səfərov küçəsini keçməklə Heydər Əliyev prospektinə tərəf hərəkət edən “KİA” markalı avtomobilin sürücüsü yüksək sürətlə “BakuBus” markalı avtobusa çırpılıb.

Nəticədə, minik avtomobilinin sürücüsü yerindəcə ölüb. Videodan göründüyü kimi, qəza törətmiş avtomobillə eyni zamanda onu “müşayiət edən” və baş verənləri videoqeydiyyat kamerasına yazmış sürücü də çox təhlükəli manevrlər edib.

Mənbə bildirir ki, həyatını itirən şəxs 1970-ci il təvəllüdlü bir vətəndaşdır. Onun adı hələlik açıqlanmır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...