Qaçırılan məktəbli qızdan xəbər var: Maşın ustasıyla...

Qaçırılan məktəbli qızdan xəbər var:

İki gün öncə qaçırılan Xəzər rayonundakı 230 saylı orta məktəbin səkkizinci sinif şagirdi Şəfəq Məmmədovadan (ad və soyad şərtidir-İ.V.) xəbər var.

Gundeminfo.az ölkə.az-a istinadən xəbər verir ki, qız tapılıb və ailəsinə təhvil verilib. Bildirilir ki, Ş.Məmmədovanı avtomobil ustası işləyən şəxs qaçırıbmış.

Qeyd edək ki, məktəbdən mətbuata verilən açıqlamada Ş.Məmədovanın dərs saatında qaçırılmadığı bildirilsə də, əldə etdiyimiz məlumata görə, o, həmin gün beş dərs məktəbdə olub. Yalnız altıncı dərsdə sinif yoldaşlarıyla vidalaşaraq məktəbin arxa qapısından qaçıb. Sözügedən görüntülər məktəbin təhlükəsizlik kameralarına da düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...