Qusarda iş adamını evində öldürdülər FOTO

Qusarda iş adamını evində öldürdülər


Bu gecə Qusar rayonunun Çiləgir kəndində qətl hadisəsi baş verib.

ANS PRESS-in verdiyi məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb. Kənddə yerləşən evlərin birində Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyev ov silahından atılan güllə yarasından dünyasını dəyişib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, qətli 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev törədib. Hadisəni törədəndən sonra Eynulla Hacıyev hadisə yerindən qaçıb.

Hazırda polis qətli törətməkdə şübhəli bilinən Eynulla Hacıyevin axtarışlarına başlayıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Məlumata görə, qətl hadisəsi baş verən ev tanınmış iş adamlarından birinə məxsus olub.

Qusarda iş adamını evində öldürdülər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1359 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...