Polşada sabiq prezidentin oğlu evində ölü tapılıb

Polşada sabiq prezidentin oğlu evində ölü tapılıb


Polşada sabiq prezident Lex Valensanın oğlu Qdansk şəhərindəki evində ölü tapılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 43 yaşlı Pşemıslav Valensanın meyitinin üzərində zorakılıq əlamətlərinin görünmədiyi bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

Polşanın sabiq prezidenti Lex Valensanın 4 oğlu və 4 qızı var. Evində ölü tapılan Pşemıslav Valensa dəfələrlə yol-nəqliyyat hadisələrinin iştirakçısı olub. 1995-ci ildə o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 1 il və 9 ay, 2003-cü ildə isə 1 il müddətinə şərti olaraq azadlıqdan mərhum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...