Azərbaycanda qəsdən adam öldürmə cinayətlərinin 96,6 faizi açılıb

Azərbaycanda qəsdən adam öldürmə cinayətlərinin 96,6 faizi açılıb


Azərbaycanın prokurorluq orqanları ötən il qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlər həyata keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6% (2015-ci ildə 95,5%) təşkil edib.

Göstərilən müddətdə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin sayı 2015-ci illə müqayisədə 25 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı 3 hadisə azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...