Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb

Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb


Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb. "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospekti 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları F.S.-nın intihar etmək məqsədilə özünü binanın 4-cü mərtəbəsindən yerə atdığını müəyyənləşdirib. Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...