16 yaşlı oğlan anasını yatdığı yerdə güllələdi - Bakıda dəhşət

16 yaşlı oğlan anasını yatdığı yerdə güllələdi -

Paytaxtda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

M. Əliyev polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib. M. Əliyev qətli namus üstündə törətdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...