Sevinc Babayevanın oğluna 15 İL 6 AY HƏBS TƏLƏBİ

Sevinc Babayevanın oğluna


Arvadını öldürməyə cəhddə təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun proses keçirilib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Ayxan Babayevin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, hadisə fevralında Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30 ünvanında baş verib. İbtidai istintaqın gəldiyi nəticəyə əsasən, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov öz evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda görünən Sevinc Babayevanın oğludur. Həmin zaman Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.


Sevinc Babayevanın oğluna



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...