Bakıda balkonda siqaret çəkən 35 yaşlı kişi 16-cı mərtəbədən yıxılıb

Bakıda balkonda siqaret çəkən 35 yaşlı kişi 16-cı mərtəbədən yıxılıb

Bakının Nərimanov rayonunda çoxmərtəbəli binada yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib. Rayon Prokurorluğundan verilən məlumata görə, Dəmirçizadə küçəsi 7 A ünvanında çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan 35 yaşlı Orxan Valeh oğlu Həsənov eyvandan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. O. Həsənov siqaret çəkmək üçün eyvana çıxıb və bu zaman huşunu itirərək yıxılıb. Faktla bağlı araşdırma aparılır. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
809 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...