Bakıda 8 ailəyə məxsus birmərtəbəli ev yanıb

Bakıda 8 ailəyə məxsus birmərtəbəli ev yanıb


Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Binəqədi rayonunda ümumi sahəsi 730 m² olan birmərtəbəli bir dam altında tikilmiş 8 ailəyə məxsus yaşayış evində baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, digər otaqların tavanı ümumilikdə 11 m² sahədə və ümumi evin dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...