Rusiyada baş verən yanğında ana və beş uşağı ölüb VİDEO

Rusiyada baş verən yanğında ana və beş uşağı ölüb


Rusiyanın Tver vilayətinin Penkovo kəndində yanğında altı nəfər ölüb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, noyabrın 15-də gecə evdə baş verən yanğında ölənlərin ana və onun beş uşağı olduğu bildirilir. Yanğın nəticəsində bir kişi xəsarət alıb. O, orta dərəcəli yanıq xəsarətləri ilə şok vəziyyətində xəstəxanaya çatdırılıb.

Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 14 texnika cəlb olunub. Səhərə yaxın yanğının qarşısı alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...