Daşkəsəndə maşın qayaya çırpıldı

Daşkəsəndə maşın qayaya çırpıldı

Gəncə-Daşkəsən yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Daşkəsən rayonunun Bayan kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1967-ci il təvəllüdlü Səfiyar Hənifəyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarında olan qayaya çırpıb. Qəza zamanı sürücü və avtomobildə olan, onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Səadət Hənifəyeva və onların övladları, 9 yaşlı Babək və 5 yaşlı Nübar müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların 3-nün vəziyyətini orta ağır qiymətləndirilər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1226 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...