Rusiyada tikintidə çalışan azərbaycanlı 9-cu mərtəbədən şaxtaya düşərək ölüb

Rusiyada tikintidə çalışan azərbaycanlı 9-cu mərtəbədən şaxtaya düşərək ölüb


Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında Murino rayonunda yerləşən tikinti meydançalarının birində baş verib. 22 mərtəbəli binada suvaqçı işləyən azərbaycanlı kommunikasiya şaxtasına düşərək ölüb. Soydaşımızın podratçı şirkətdə çalışdığı bildirilir. İş vaxtı bitəndən sonra o, 9-cu mərtəbədə təmizlik işləri aparırmış.

Onun meyiti şaxtada tapılıb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...