Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşdü

Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşdü

Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində baş verib. Bakı sakini Tural Zeynalov özünə məxsus “Mercedes” markalı avtomobili sərxoş vəziyyətdə təhlükəli idarə etdiyi üçün ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün əməkdaşları Nazim Əzizov və Bərşad Adıgözəlov tərəfindən saxlanılıb.

Sürücü T.Zeynalov polis əməkdaşlarına qarşı zorakılıq hərəkətləri edərək onlara xəsarət yetirib, başı ilə vuraraq polislərin xidməti avtomobili olan “Fiat Doblo”nun şüşəsini sındırıb. T.Zeynalov saxlanılıb, Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
970 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...