Təhsil Şöbəsi müdirinin oğlunu qətlə yetirən qohumunun məhkəməsi başladı

Təhsil Şöbəsi müdirinin oğlunu qətlə yetirən qohumunun məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə keçən il noyabr ayında Nizami rayonu, Qara Qarayev, 55 ünvanında baş verib. Lerik rayon sakini, 23 yaşlı Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunun boğaz nahiyəsini kəsərək qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi rayon Polis İdarəsinin 25-ci Polis bölməsinə könüllü təslim olub.

Araşdırma zamanı məlum olub ki, E.Nəsirov hadisəni namus üstündə törədib. Belə ki, Elnur Nəsirovun öz əmisi qızı ilə ailə həyatı quracağı gözlənilsə də, o, təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla evlənib. Onun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Nəticədə o, əmisi oğlunu öldürərək qisas alıb.

Onu da qeyd edək ki, öldürülən şəxs Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...