Göyçayda baş həkim poliklinikada paltar satdırır - VİDEO

Göyçayda baş həkim poliklinikada paltar satdırır -
[/center]
Göyçay Xəstəxanasının Polikilinika şöbəsinin müdiri Arzu Burcalıyev daha bir qanunsuz "Uğura" imza ataraq polikilinika şöbəsinin tabeliyində “SS-Butik” geyim mağazası açaraq həmin obyektdə xadimə vəzifəsindən qeydiyyat bölməsinin müdiri vəzifəsinə təyin etdirdiyi Səidə xanımı rəhbər təyin etmişdir. Gundeminfo.az-a müraciət edən Göyçay rayonu Qaraməryəm kənd sakini Arzu Babayev bu barədə məlumat verib.

O iddia edir ki, Arzu Burcalıyev rəhbərlik etdiyi Polikilinikaya bitişik olan,dövlət torpağnı qanunsuz olaraq zəbt etmiş,yanğın təhlükəsizliyi qaydalarına və rayonun memarlıq üslubunun pozulmasına,eləcə də insanların və avtomobillərin normal hərəkətinə maneə olan yerdə və göstərilən qaydalara riayət etmədən sözü gedən obyekti inşa etdirmişdir.

Daha sonra redaksiyamıza müraciət edən vətəndaş bir sıra ittihamlar da səsləndirib. Qeyd edək ki, onun müraciətində baş həkimin ailə üzvlərinə saxta əlillik təyin etdirməsi barədə iddiaları da var. Lakin bu iddialarla bağlı sübutlar olmadığından onu yayımlamırıq.

Bununla belə Gundeminfo.az-a təqdim edilən görüntülərə əlavə olaraq şikayətçi iddia edir ki, “SS-Butik” geyim evinin işıq xətti Polikilinikadan götürülmüş, işıq pulunu da dövlətə ödətdirmişdir.

Gundeminfo.az olaraq bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...