Füzulidə hər evin 12 sot torpağı olacaq - Prezidentdən

Füzulidə hər evin 12 sot torpağı olacaq -
“Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir. Yeni baş plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək”.

Gundeminfo.az xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı deyib. Sədr bildirib ki, şəhər, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır: “Yəni, hesabat dövrünə - 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq”.

Dövlət başçısı da əlavə edib ki, torpaq yaxşı, münbit torpaqdır: “İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...