Gömrükdə malları kim oğurlayır? FOTOLAR

Gömrükdə malları kim oğurlayır?

Teref.az yazır ki, Biləsüvar gömrük keçid mətəqəsində vətəndaşın malı oğurlanır. Bunu biz demirik, saytımıza ünvanlanan çoxsaylı şikayətlərdən öyrənirik. Keçən il pandemiya ilk yayılan zaman İran İslam Respubilkasindan gələn vətəndaşaların aldıqları əşyalar karantin adı altında alınaraq anbarlara qoyuldu və bir neçə gündür ki həmin malların vətəndaşlara qaytarılmasına başlanılıb. Vətəndaşlar anbardakı mallarını almağa gələndə onlar şoka düşürlər. Niyə? Buyurun belə vətəndaşlardan biri olan Abdullayev Elnur Rəhim oğlu görün nə deyir.

23 fevral 2010 ci il tarixində saat 19.13 de İrian İslam Respubilkasindan gələrkən Biləsuvar gömrüyündən keçən zaman ailəm və özüm üçün almış olduğum şəxsi geyim və digər əşyaları gömrlükdə əlimdən alınaraq karantin adı altında 120021200501870 saylı aktla ümumi çəkisi 30 kq olmaqla şəxsi əşyalar və geyimlər olan bağlamalar alınıb, ağzı bağlanaraq anbara qoyuldu. 02.03.2021 ci il tarixində saat 15.00 radələrində həmin malarımı götürmək üçün getdim. Əvvəlcə akta qarışıq mallar yazıldığı üçün mənə vermekdən imtina edilərək bildirildi ki mallar məhf edilib. Lakin mən dedim ki, mənə məhf etmə aktın verin, həmin zanbillərdə geyim əşyaları və digər əşiyalar var.

Xeyli təkiddən sonra mənə zənbilimin bir qismi ağzı açık vəziyətdə və tam boşaldılaraq 30 kq maldan təxminən içərisində 10-12 kq mallar olan zənbilər gətirildi. Bu zaman bildirdim ki, mənim zənbilim niyə açıqdır. Mallarımın yarıdan çoxu, qiymətli əşyalarım oğurlanıb götürülüb. Deməli gömrükdə mənim mallarımı oğurlayıpb, lazımsızları özümə qaytardılar. Mənə bildirdilər ki, olan budur bunu veririk hələ şükür elə."

Teref.az-a yazan Elnur Rəhimoğlu daha sonra Biləsuvar Gömrük keçid məntəqəsində vəziyyəti təsvir edərək yazır,
"Burda vətəndaşlara ya müxtəlif bəhanələrələ malların geri verilməsindən imtina edilir ya da ən yaxşı halda mənim başıma gətirilən oyun gətirlillir. Yəni verilən mallarin icindəki əşyalar zənbilər açılaraq bahalı əşyalar gömrlük orqanı əməkdaşalrı tərəfindən oğurlnnır, mallarin yararsız, qiymətsizləri vətəndaşlara geri verilir. Edilən şikayətlərə heç kim baxmır."
Gömrükdə malları kim oğurlayır?
Gömrükdə malları kim oğurlayır?
Gömrükdə malları kim oğurlayır?
Gömrükdə malları kim oğurlayır?
Gömrükdə malları kim oğurlayır?

GUNDEMİNFO.AZ olaraq adları çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırıq!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...