Şuşada MHP-nin orta məktəbi açılacaq - EKSKLÜZİV

Şuşada MHP-nin orta məktəbi açılacaq -
Bu gün Milliyətçi Hərəkat Partiyasının qrup toplantısı keçirilib. Bu dəqiqələrdə başa çatan toplantıda MHP genəl başqanı Dövlət Baxçalı çıxış edib. GUNDEMİNFO.AZ xəbər verir ki, Dövlət Baxçalı çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə müzakirələr aparılıb. Bi müddət əvvəl Şuşada 9 illik Türk Orta Məktəbinin inşası ilə bağlı aparılan müzakirələr müsbət sonuclanıb. Azərbaycan Prezidentinin icazəsi və Türkiyə Prezidentinin uyğun bilməsi nəticəsində ilkin razılaşma əldə olunub. Dövlət Baxçalı bildirib ki, 2021-ci ilin yanvar ayında orta məktəbin ilk təməlqoyma törəni keçiriləcək. 9 illik orta məktəbin adının isə Azərbaycanın tanınmış mütəfəkkiri Üzeyir Hacıbəylinin adını daşıyacağını deyib. D.Baxçalı qeyd edib ki, artıq ilkin olaraq memar-mühəndislərlə inşa ediləcək məktəbin eskiz layihəsi də hazırlanıb və Azərbaycan tərəfi ilə razılaşdırılıb.


Şuşada MHP-nin orta məktəbi açılacaq -
Şuşada MHP-nin orta məktəbi açılacaq -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...