Oqtay Şirəliyev peyvənd olunub- YENİLƏNİB

 Oqtay Şirəliyev peyvənd olunub-


Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub.

"Report" xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiya olunub.

Bu gündən ölkədə start verilən Covid-19-a qarşı peyvəndlənmə tədbirlərindən biri də Bakı Sağlamlıq Mərkəzində keçirilir.

“Qafqazinfo” xəbər verir ki, peyvəndlənmə prosesində ilk olaraq səhiyyə naziri, 71 yaşlı Oqtay Şirəliyev iştirak edəcək.

TƏBİB-dən Modern.az-a bildirilib ki, COVİD-19 vaksini Oqtay Şirəliyevdən başqa, ilkin olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya da vurulacaq.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
74 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...