Necə bayram edək?

Necə bayram edək?

- Kimsə sonsuza qədər gözü yaşlı qalmağa məhkum edilə bilməz, "xeyirlə şər qardaşdır". Qaramat, ağlamaq, sevinmək istəyənləri qınamaq da, aşağılamaq da olmaz. Bəlkə bu gün küçədə şənlənən bir gənc sabah qəhrəman olacaq, Vətən uğruna can alıb, can verəcək.

- Bayram etmək arzusunda olan da var. Axı evdə 3 yaşında körpə də şənlənmək istəyir, hədiyyə istəyir, bayram süfrəsi arxasında atası ilə anası ilə sevinmək, yeni gələn ilin uğurlu olması üçün dua etmək istəyir. Onların sevincini boğmaq haqqımız yoxdu.

- Bəs necə edək ki, könlümüz rahat olsun. İndi minlərlə evdə şəhid olan atasının yolunu gözləyərək qaranlıq pəncərədən çölə boylanan göz yaşı axıdan körpələr var. Onlar pəncərədən çölə baxaraq evlərin eyvanından, atılan fişənglərə baxacaqlar. Diksinəcəklər. Atalarının bombalar altında, mərmilər üzərinə yağaraq al-qan içində şəhid olduğunu xəyal edəcəklər. Gecə yuxularında kabus görəcəklər.

- Çöldə ocaq üstə qızararaq ətrafa ətiri yayılan kababın qoxusunu alacaq o körpələr. Qonşuda ata öz balalarına kabab bişirir. Amma onun atası iki ayağını, əllərini, gözünü itirib, qalxa bilmir, durub öz balasına kabab bişirə bilmir. Ağrıları da çoxdu ...

- Bir ana öz övladının evinə qonaq gələcək, nəvələrini, qızlarını, gəlinlərini başına yığıb şənlənəcək. Amma qəhqəhə, sevinc səslərini qonşuluqda yaşayan bəlkə tək qardaşını şəhid vermiş, 4 bacı və ana eşidəcək ürəyi parçalanacaq . Sızlaya-sızlaya ağı deyəcək, deyəcək "Oğlum niyə belə etdin, kaş indi sən də evimizdə olaydın"
- Küçədə şam ağacı bəzəkləri ilə bəzədilən avtomobillər gəzəcək, beli bükülmüş, saçları ağarmış bir ata indi cəbhədə yağışın altında, şaxtada sazaqda vətən keçiyində dayanan, Vətən Savaşında döyüşmüş oğlunu xatırlayacaq. Ağlaya bilməyəcək... Bəlkə geri dönüb bu gün savaşda olan oğlunun həyətdə saxlayıb getdiyi avtomobili sığallayıb ürəyinə köz basacaq.

- Necə edək ki, bayram olsun? Orta statistik azərbaycanlı hər yeni il bayramı hazırlıqları üçün 200 azn pul xərcləməlidir. Evimizdə bir gün daha böyük sevgi olsun. Adi günlərdə olduğu kimi yemək yeyə bilərik. Yeni il şənliyinə çəkdiyimiz xərci yenə çəkək. Amma hospitallarda yatan qazilərimizə baş çəkərək onlarla birlikdə yeni ili qarşılayaq. Gedək bir şəhid qapısına hədiyyələrimizi alıb onların övladlarına hədiyyələr aparaq. Borclu olduğumuzu, borcumuzun milyonda 1 faizini ödəməyə gəldiyimizi deyək. Onlar sevinsin, biz də bayram sevincini yaşayaq. Gedək qazı evinə, saçını sığallayaq, anasının əllərindən öpək, tanımadığımız qapıları döyək. Bayram payımızı da onlara verək. Onlarla birlikdə kəsək tortumuzu, onlarla birlikdə yeni ilin daha xeyirli, xoşbəxt olması üçün dua edək.

- Gedək 80 gündü gözü yolda qalan anaların qapısına, onlarla birlikdə bayram edək...

AXI 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜDÜR! 44 gün həmrəy olub dünyaya göstərdiyimiz hünərimizi, 1 gün saatın əqrəbi yeni ilə keçərkən də göstərək! 2021-ci il də azərbaycanlıların ili olsun!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...