Vətəndaş “AzərGold”dan narazıdır

Vətəndaş “AzərGold”dan narazıdır

Daşkəsən rayon Çovdar kənd sakini Alıyev Nazim Məhərrəm oğlu Daşkəsən rayonu Çovdar kəndində 1992-ci ildən Alı Mustafayev adına kəndli fermer təsərrüfatı yaradıb. İlkin olaraq 37 hektar, 2004-cü ildən isə 40 hektar torpaq sahəsi ona icarəyə verilib.

Hal-hazıra qədər həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul imiş. Daşkəsən rayon Çovdar bələdiyyəsinin 21.01.2004-cü il tarixli 1 saylı qərarına əsasən, 77 hektar torpaq sahəsi biçənək, örüş və otlaq sahəsi üçün ona Dövlət Torpaq Kadastrı verilib. Ancaq 2020-ci ilin iyul ayında Nazim Alıyevə “AzərGold” QSC-dən bildiriblər ki, həmin sahədə torpağın bir neçə hektarı boşaldılmalıdır.

Onlar həmin torpaq sahəsində öz məqsədləri üçün istifadə edəcəklər, hətta ora yol belə çəkiblər. O isə öz növbəsində bildirib ki, həmin torpaq sahəsi ona icarəyə verilib və icarə müddəti hələ bitməyib, hətta sözügedən ərazidə tikinti işləri də aparıb. Onlar isə ondan həmin tikintiləri söküb, başqa yerdə inşa etməyini tələb edirlər.

Ancaq Nazim Alıyevin bu işləri görməyə maddi imkanı yetmir və sözügedən səhmdar cəmiyyətə də bununla bağlı müraciət edib. Ancaq bu günə qədər heç bir nəticəsi olmamışdır. //gozetci.az//

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
86 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...