İH-lər ləğv edilməli, 15 ərazi vahidi yaranmalıdır
Azərbaycanda az qala 100-ə yaxın inzibati ərazi vahidi var: rayonlar, şəhərlər, qəsəbələr, şəhərlərin daxilində rayonlar. Bizim dövlətin idarəetmə xərclərini azaltmaq lazımdır, dövlət aparatını üçdə bir qədər ixtisar etmək zəruridir. Hətta Özbəkistan da buna gedib, prezident bəyan etdi ki, dövlət aparatı üçdə bir qədər ixtisar olunur. Görün bizdə nə qədər bir-birini təkrarlayan, ehtiyac olmadığı halda dövlət strukturları geniş ştat vahidi ilə yaradılıb.
Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Reytinq”ə geniş müsahibəsində deyib.
“Düşünürəm ki, nazirliklərin, komitələrin, xidmətlərin sayını xeyli azaltmaq, publik hüquqi şəxslərin sayını minimuma endirmək olar. Dövlət müəssisələri, ümumiyyətlə, özəlləşdirilməlidir, dövlət bizneslə məşğul olmamalıdır”, - o bildirib.
Millət vəkilinin fikrincə, Azərbaycan maksimum 15 inzibati ərazi vahidinə bölünməlidir:
“Həmin ərazi vahidlərinin 20-25 nəfərlik ali kollegial orqanları formalaşmalıdır. Regionun rəhbərləri də həmin kollegial orqanda seçilməlidir. Bununla yanaşı, həmin regionlardakı bütün yaşayış məntəqələrinin özünün həm də bələdiyyələri olmalıdır. Prezidentin səlahiyyətli nümayəndəsinin də olacağı regionlara geniş özünüidaretmə səlahiyyəti verilməlidir. Səlahiyyətli nümayəndələr yalnız Konstitusiyaya əməl olunmasına nəzarət etməlidirlər ki, dövlətin unitarlığı qorunub saxlanılsın, Konstitusiyaya əməl olunsun, ölkədə hər hansı formada separatizm meyilləri baş qaldırmasın və s”.
433 dəfə oxundu