“Azercell” gəlirlərini niyə gizlədir?

“Azercell” gəlirlərini niyə gizlədir?
Əksər ölkələrin mobil operatorları hesabat verərkən adətən ilk öncə gəlirləri, sonra infrastruktur xərclərini, daha sonra sosial xərclərini və nəhayət sonda dövlətə ödədiyi vergiləri açıqlayırlar.

Azercell dövlət şirkəti bir neçə gündür ki, hesabat xarakterli məlumatlar açıqlayır.

Əlbəttə, bütün bunlar həm dövlət şirkəti olaraq, həmdə ən böyük vergi ödəyicisi olaraq (ötən il 167 milyon manat vergi ödəyib) təqdirəlayiqdir. O baxımdan ki, bir neçə il öncə iflas səviyyəsində olan bir operator artıq böyük gəlirlər qazanmağa başlayıb.

Amma maraqlıdır ki, Azercell ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir və mövcud beynəlxalq praktikanın tam əksinə hərəkət edir.

Bu dövlət şirkəti, əsas göstərici olan gəlirlərini açıqlamadan öncə artıq hər şeyi açıqlayıb, ödədiyi vergilər, sosiala xərclədiyi pullar, dəstəklədiyi layihələr və s.

Azercell dövlət şirkətindən gözləntilər isə daha çox aşağıdakı ictimai əhəmiyyət kəsb edən məlumatlardır:
– Ötən il gəlirlər nə qədər olub və dinamika necədir?
– Bir abonentdən əldə olunan gəlir (ARPU) necə dəyişib ?
– ASAN imzadan əldə olunan gəlirlər necədir?
– Mobil internet xidmətləri və danışıqlar üzrə gəlirlər və dinamika necə olub?
– Rouminqdən daxil olan gəlirlər, Aztelekom-a ödənişlər və dinamika necə olub ?
– İnfrastruktura nə qədər yatırım edilib ?
– 2G, 3G və 4G/LTE ilə əhatə neçə faizdir ?
– 5G nə zaman olacaq ?
– Abonent bazası nə qədər artıb ?
– Azercell-in nə zaman özəlləşməyə çıxarılması hədəflənib? və s.

Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...