Şikəst adamı sağlam adıyla əsgər apardılar ŞİKAYƏTÇİ YAZIR

Şikəst adamı sağlam adıyla əsgər apardılar
Şikəst adamı sağlam adıyla əsgər apardılar
Masallı rayon Qarğalıq kənd sakini Abasov Vüsal Cənnətalı oğlu anadangəlmə Torakal ostexondroz və artan döş kifozu, eyni zamanda ağciyər pnevmoniyasından əziyyət çəkir.

Tribunainfo.az-a öz şikayətini bildirən xəstənin həyat yoldaşı qeyd edir ki, 18 yaşı tamam olduqdan sonra, Masallı rayon hərbi komissarlığının həkim məsləhət komissiyasının müayinəsindən keçmiş və müharibə dövründə məhdud yararlı olaraq qeydə alınmışdır. Lakin 9 il ərzində aidiyyatı qurumlar məlum məsələlərə əsasən hərbi bileti verməyib.

Şikayətçinin sözlərinə görə, “Dəfələrlə, Masallı rayon hərbi komissarlığından xəstəliyi haqqında sənədləri istədiyimiz halda, əsassız bəhanələr gətirərək sənədləri verməyib. Hər üç ildən bir tibbi komissiyadan keçmişdir və yenidən müharibə şəraitində məhdud yararlı olaraq qeydə alınmışdır. Lakin, bu zamanda tələblərimizə məhəl qoymayaraq bu haqqda heçbir sənəd verilməmişdir. Sonuncu komissiyada isə əsaslı müayinə olmadan tam sağlam yazılaraq şəhadətləndirilmiş və hərbi xidmətə göndərilmişdir”.

“2-ci Qarabağ müharibəsi və bir günlük anti-terror əməliyyatlarında məhdud yararlı şəxs kimi xidmətə göndərilməmiş biri hansı səbəblə sülh şəraitində xidmətə göndərilə bilər? Yaşadığı müddətcə ağrıkəsici dərmanlarla həyat sürən adam hərbi xidmətdə nə edəcək? Hazırda aidiyyatı qurumlara şikayətlər əsasında Bakı şəhər Mərkəzi Hərbi Hospitala komissiya üçün göndərilib. Bu zaman ağciyər pnevmaniyası aşkarlanmışdır. Bununla bağlı tibbi müalicə alır, amma səhhətində irəliləyiş yoxdur. Pnevmoniya əsasında döş qəfəsi və ağciyərində kəskin ağrılar baş vermişdir. Hospitalda iki dəfə tibbi komissiyadan keçib. Baş Travmatoloq Eldəniz və Ortopediya rəisi Polkovnik-leytenant Bəhrəm bəyin təyin etdiyi rəyə əsasən xidmətə yararlı yazılıb. Xəstəliyi haqqında sənədləri və MRT video-görüntünü yuxarıda qeyd etdiyim şəxslərə göstərmişəm. Buna baxmayaraq naməlum səbəblər əsasında yararlı deyirlər. Lakin, bütün mülki həkimlərin verdikləri rəsmi rəyə əsasən bu adamın xidmət etməyi mümkünsüzdür. Uzunmüddətli müalicə lazımdır, nəticə olmadığı təqdirdə əməliyyat olmalıdır”.

Şikayətçi sonda vurğulayıb ki, “5 ildir evliyik və övladımız olmur. Müalicələr nəticəsində, hamilə idim. Təəssüf ki, məlum məsələlərdən ötrü yaşadığım stresslə əlaqəli 10 gün öncə övladım bətnimdə öldü. Həyat yoldaşımda, onurğa xəstəliyi ilə bağlı ciddi problemlər və hüceyrə zəyifliyi var. Həkimim bildirir, əgər həyat yoldaşınız xidmətə davam etsə onurğa xəstəliyi daha çox kəskinləşəcək. Bu da valideyn olma şansınızı əlinizdən alır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...