İran Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlıdır

İran Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlıdır

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında görüş keçirilib.

“Report”un Konfederasiyaya istinadən verdiyi məlumata görə, görüş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə, ASK prezidenti Məmməd Musayevin sədrliyilə baş tutub.

Onlayn formatda keçirilən görüşü M.Musayev açaraq Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və baş komandanlığı ilə aparılan 44 günlük Vətən müharibəsində ölkəmizin qələbə çaldığını, azad olunan torpaqlarımızda quruculuq işlərinə başlanıldığını bildirib. O, İran-Azərbaycan iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıldığını qeyd edib.

Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Yunus Jailə Azərbaycanı qələbə münasibətilə təbrik edərək, Təbriz iş adamlarının biznes imkanları, Təbrizin sənaye kompleksləri barədə məlumat verib. Palatanın üzvləri kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı sahəsində emal sənayesi, Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...