Südəmər övladını çaya atdı, sonra oğurlandığı barədə elan verdi

Rusiyanın Çelyabinsk vilayətində qadın südəmər uşağının oğurlandığını bildirib. “Life” xəbər verir ki, naməlum şəxslərin övladını oğurladığını deyən qadın sonradan uşağı çaya atdığını etiraf edib.

Onun sözlərinə görə, uşaq uzun müddət əziyyət çəkdiyi xəstəlikdən ölüb. 24 yaşlı ana ölmüş uşağının meyitindən qurtulmaq üçün birgə yaşadığı kişi ilə bərabər körpənin cəsədini Miass çayına atdıqlarını deyib.

Faktla bağlı “Adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb. Polislər ölümün əsl səbəbini müəyyənləşdirmək üçün körpənin cəsədini axtarırlar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...