Çin şirkətlərinə ABŞ məhsullarının idxalını qadağan etdi

Çin dövlət şirkətlərindən ABŞ-dan soya və donuz əti idxalını dayandırmasını tələb edib.

“Reuters” xəbər verir ki, Vaşinqton Pekin və ya Honkonqa qarşı daha məhdudlaşdırıcı tədbirlər görsə, Çin ABŞ-dan kənd məhsulları qadağalarının siyahısını artıra biləcəyini açıqlayıb.

Qeyd edək ki, mayın 29-da ABŞ Prezidenti Donald Tramp Pekinin fəaliyyəti ilə əlaqədar olaraq, Honkonqun bütün imtiyazlarını ləğv etmə prosesinə başladığını deyib. Bunlar ixrac nəzarəti, ikili texnologiyaların istifadəsi və malların gömrük rəsmiləşdirilməsidir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...