Toyuq dönəri hansı hallarda zəhərlənməyə səbəb olur? - Açıqlama

Toyuq dönəri hansı hallarda zəhərlənməyə səbəb olur? -


Xəbər verdiyimiz kimi, Zaqatalada 40 nəfər dönərdən zəhərlənib. Onların toyuq ətindən hazırlanan dönərdən zəhərləndiyi iddia olunur. Hadisəni araşdırmaq üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları rayona ezam olunublar.
Bəs toyuq dönəri hansı hallarda zəhərlənməyə səbəb olur?

Bakupost.az -ın sualını qida eksperti Ağa Salamov cavablandırıb.
Onun sözlərinə görə, toyuq əti riskli məhsuldur:
"Toyuq ətinin soyuq qida zəncirində daşınması, emalı və təqdimatına nəzarət olunmalıdır. Çox güman ki, ya daşınanda çirkənməyə məruz qalıb, ya düzgün emal olunmayıb. Salmonella bakteriyası nəticəsində zəhərlənmə ola bilər".
Ekspert bildirib ki, bu gün hər kəs dönərxana açır, aşpaz da dönəri düzgün şərtlər altında hazırlamır və nəticədə zəhərlənmə hadisəsi baş verir:
"Toyuq əti riskli məhsul olduğuna görə 48 saatdan 72 saata qədər -2 dərəcədən +2 dərəcəyədək temperaturda saxlanıla bilər. Əgər toyuq ətini uzun müddətə saxlamaq istəyiriksə, onu dərin dondurucuda -12-dən -18 dərəcəyədək temperaturda saxlamaq lazımdır. Ola bilər ki, bu qida soyuducuyla təchiz olunmamış maşınlarla daşınar və orda da temperaturun yuxarı olması nəticəsində ət mikrobioloji çirklənməyə məruz qalır. Yəni soyuq qida zəncirində qırılma olarsa, məhsul istehlakçını zəhərləyir. Ümumiyyətlə, dönər ətləri -40 dərəcədə şoklanır və ondan sonra -18 dərəcədə transfer olunur. Bu isə həmin gün satılmayan dönər ətlərinə aiddir. Ümumiyyətlə, toyuq məhsullarının mənşəyi məlum olmalıdır. Yəni dönərxanalar o toyuqları hardan aldıqlarını bilməlidirlər. İkincisi, toyuqlara baytar nəzarəti və sertifikat olmalıdır. Dönər əti tam bişməyəndə də zəhərlənmə halları ola bilir. Bununla yanaşı, mayonezdən də zəhərlənmə hadisəsi baş verər. Artıq burda qərarı AQTA verəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...