“Pişikdən qorxubsa, “bismillah” desin” sözünə görə cəzalandırıldı - Audio

“Pişikdən qorxubsa, “bismillah” desin” sözünə görə cəzalandırıldı -
Ötən gündən sosial şəbəkələrdə Təcili Tibbi Yardım stansiyasında çalışan operatorla vətəndaş arasında olduğu iddia edilən səs yazısı yayılıb.

Səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığını bildirir və ona “bismillah” deyərək yatmasını məsləhət görür. Daha sonra isə təcili yardım stansiyaya zəng edən qadının kürəkəni onlara bu şəkildə cavab verən operatorun kimliyini soruşur. Bu zaman zəngə cavab verən digər operator stansiyada 5-6 əməkdaşın olduğunu və kimin onlara cavab verdiyi haqda məlumatsız olduğunu qeyd edir. Həmin şəxs pişiyə görə ürəyi tutan şəxsə görə təcili yardımın çağırılmasının düzgün olmadığını deyir və özündən əvvəlki həmkarına haqq qazandırır. Bu zaman vətəndaşla sözügedən operator arasında mübahisə yaranır.

Təcili Tibbi Yardım işçisinin ürəyi tutan vətəndaşa laqeyd münasibəti tənqid obyektinə çevrilib.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. Stansiyadan bildirilib ki, onların bölmələrinə belə bir çağırış daxil olmayıb: “Ümumiyyətlə isə bizim stansiyalarda 5 yox, 15-ə yaxın operator çalışır”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə də sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə vətəndaşın təcili tibbi yardıma müraciəti zamanı yaranan narazılığı ilə bağlı məsələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dərhal araşdırılıb: "Abşeron Rayon Mərkəzi Xəstəxanasından TƏBİB-ə verilən məlumata görə, təcili tibbi yardıma çağırışla əlaqədar vətəndaşla nəzakətsiz davranış nümayiş etdirən xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin tibb bacısı Raifə İbrahimova xəstəxana rəhbərliyi tərəfindən qəbul edilib və onun izahatı alınıb. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən tibb bacısı barəsində intizam tənbehi tətbiq ediləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...