Ağacları gecə əkib, səhər çıxartdılar - "JEK" rəisi əlacı telefonu söndürməkdə gördü

Ağacları gecə əkib, səhər çıxartdılar -

Bakı şəhəri, Xətai rayonu, Tusi 19 ünvanında yenicə əkilən ağaclar yerindən çıxarılıb.

Neapol 19 ünvanında yaşayan sakinlər bu haqda Cebhe.info-ya məlumat veriblər. Onların sözlərinə görə ərazidə daşla hörülmüş zibil poliqonunun yeri dəyişdirilərək, yaşayış binası və uşaq meydançasına yaxınlaşdırılıb. Şikayətçilər bildirib ki, buna səbəb zibil poliqonunun öncəki ərazisinin qaraj tikmək üçün hər hansı sahibkara satılması olub. Bina sakinləri üfunət iyindən evdə otura bilmir. Yayılan qoxu azyaşlıların da meydançada oynamasına mane olur.

Şikayətçi Zakir Hüseynovun sözlərinə görə ərazidə bir neçə torpaq sahəsi qanunsuz olaraq satılıb:

“Zibilliyin əvvəlki ərazisində qaraj tikmək istəyirlər. Bizim şikayətimizdən sonra gözdən pərdə asmaq məqsədi ilə həmin ərazidə ağac əkiblər. Ötən gün zibillik ərazisini təmizləmək adı ilə bəzi işlər görülüb. Bu gün də gördük ki, ağaclar yerindən çıxarılıb. Torpaqlar hərraca qoyulub satılır. Heç kəs qayda-qanuna tabe olmur. Harda boş yer var orda ya ev tikirlər, ya da ki qaraj”.

Məsələ ilə əlaqədar Xətai Rayonu 87 saylı Mənzil Kommunal İsitismar Sahəsinin rəisi Şirzad Əbilovla əlaqə saxladıq. Lakin Ş.Əbilov sualımızı eşitdikdən sonra telefonu söndürərək növbəti zənglərimizi cavabsız qoyub.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xətai rayon İcra Hakimiyyətinə ünvanladıq. Yaxın saatlarda nazirlikdən bu məsələylə bağlı münasibət bildiriləcək.


Ağacları gecə əkib, səhər çıxartdılar -
Ağacları gecə əkib, səhər çıxartdılar -
Ağacları gecə əkib, səhər çıxartdılar -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...