Mirşahinin xanımı ANS-dən ayrıldı - Mustafayevlə mübahisə edib

Mirşahinin xanımı ANS-dən ayrıldı -


Keçmiş əməkdaşlarını geri qaytarması barədə xəbərlər dolaşan ANS telekanalında daha iki istefa reallaşıb.

"GUNDEMİNFO" Ölkə.Az-a istinadən xəbər verir ki, Səbinə Heydərova mart ayından işdən ayrılıb. İstefası daha böyük səs-küyə səbəb olacaq şəxs isə Sevda Həsənovadır (Böyük Seva). Həsənova iyirmi illik iş yerindən Heydərova ilə eyni vaxtda gedib. Lakin istefalar mediadan ciddi cəhdlə gizlədilir. Bildirilir ki, hər iki şəxsin işindən ayrılmasına səbəb ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə münasibətlərinin pisləşməsidir.

Xatırladaq ki, Səbinə Heydərova ANS-in vitse prezidenti Mirşahin Ağayevin həyat yoldaşıdır.

***

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, Sevda Həsənova ailəsində baş verən faciə səbəbindən işə çıxmır: “Onun atası rəhmətə gedib. Bununla bağlı olaraq işə çıxmır. Səbinə Heydərovayla bağlı isə heç bir bir məlumatım yoxdur”.

Sevda Həsənova ANS-dən getməsiylə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, isə yasla əlaqədar işə çıxmadığını deyib: “Atam rəhmətə gedib. Bu səbəblə işə çıxmıram. Yayılan xəbərlər həqiqəti əks etdirmir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...