Nazarbayev əmr verdi: “Onları məhv edin”

Nazarbayev əmr verdi: “Onları məhv edin”


Axtarışda olan terrorçular müqavimət göstərərsə, onları məhv edin. Axar.az xəbər verir ki, bu sözləri Aktobedə terror törədən ekstremistlər barədə danışarkən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.

O, terrorçularla bağlı hüquq mühafizə orqanlarına əmr verib: “Biz bilirik ki, onlar regiondadır və şəkillərini ictimaiyyətə yayıb, haqlarında məlumat vermişik. Onların hamısını ələ keçirmək lazımdır. Müqavimət göstərərlərsə, məhv edin”. Qeyd edək ki, iyunun 5-də bir qrup şəxs əvvəlcə iki silah mağazasına basqın edib, daha sonra hərbi hissələrə hücum çəkiblər.

Anti-terror əməliyyatları zamanı 13 ekstremist öldürülüb, 14-ü yaralanıb. 6 terrorçu axtarışdadır. İyunun 6-da ölkədə ən yüksək terror təhlükəsi “qırmızı hədd” elan edilsə də, sonradan 40 gün müddətində bu, “sarı hədd”ə salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...