Emin Əmrullayev və Ədalət Muradov arasında nə baş verir?

Emin Əmrullayev və Ədalət Muradov arasında nə baş verir?
“İki ildir ki, UNEC-nin Dərbənd filialının 2023-2024-cü il məzunları diplomlarını ala bilmirlər. Problemlər yaranır. UNEC-in Dərbənd filialının məzunları əgər diplomlarını alsalar, əlbəttə ki, 1 il hərbi xidmət keçəcəklər. Əks halda, xidmət müddəti 1 il 6 ay olur. Bir sözlə, məsələ həllini tapmalıdır. Təhsil mütəxəssisi olmasam da, məsələnin hüquqi, ictimai tərəflərinə toxunmalıyam. Elm və Təshil Nazirliyi ilə UNEC-in Dərbənd filialı arasında danışıqlar aparılmalıdır. Hər hansı razılığa gəlinmirsə, bunun əziyyətini tələbələr çəkməli deyil. Tələbələrə vəd olunub ki, diplomları veriləcək. Bildiyimiz kimi, UNEC-nin Dərbənd filialı da universitet kimi Azərbaycan tərəfindən tanınır. Bir sözlə, tələbələr hansısa mübahisələrin predmetinə, alətinə çevrilməli deyillər”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O vurğulayıb ki, ümumiyyətlə, “Təhsil haqqında” qanunda dəyişiklik etmək lazımdır: “Qanunda filiallar haqqında yetərli müddəalar yoxdur. Bu məsələləri qanunvericilik qaydasında da yoluna qoymaq, tələbələrin təhsil almalarına hər cür imkan yaratmaq lazımdır. Qoy oxusunlar, balalarımız ali təhsilli olsunlar. Almaniya kimi qüdrətli dövlətlərdə belə bəzi universitetlərdə, ümumiyyətlə, heç qəbul imtahanları yoxdur. İnsanlar təhsil almaq arzusundadırlarsa, qoy alsınlar. Hətta bəzilərinə dövlət özü təqaüd verir. Nə olur, olsun, Azərbaycanda təhsili dəstəkləməli, insanların ali təhsi almaq imkanlarını genişləndirməliyik. Az qala bu sahədə Gürcüstandan iki dəfə geri qalırıq. Bir sıra ixtisaslar üzrə də kadr çatışmazlığı var. Hətta Avropada, Amerikada oxuyan elə tələbələrlə rastlaşmışam ki, onların universal nöqteyi-nəzərdən təhsilləri heç də güclü deyil. Filialları təhsilin səviyyəsinə görə kateqoriyalara ayırmaq olmaz. Tələbə yüksək təhsil almalı olduğunu özü başa düşməlidir ki, peşəkarlıq qabiliyyəti yüksəlsin, gələcəkdə daha səmərəli işləyə bilsin”.

Qeyd: UNEC-nin Dərbənd filialı ilə bağlı problemin Elm və təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı vurğulanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...