Yardım edilməyən Xoy sakinləri - humanistliyini itirən Tehran - ŞƏRH

Yardım edilməyən Xoy sakinləri -
Güney Azərbaycanın problemlərinə Tehran rejiminin laqeydliyi davam edir. Bu özünü təbii fəlakətlər zamanı da göstərir. Yanvarın 28-də Güney Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Xoy şəhərində zəlzələ baş verib. Hadisə nəticəsində ölənlərin və yaralananların olduğuna dair məlumatlar yayılıb. Habelə bölgənin 70-dən artıq kəndində evlərə ziyan dəyib. Rəsmi açıqlamaya əsasən, şəhər və kəndlərdəki 3500 yaşayış yerinə ziyan dəyib.

Yeri gəlmişkən, Xoy bölgəsi mərkəzi Urmiya şəhəri olan İranın Qərbi Azərbaycan əyalətinin 14 rayonundan biridir. Xoyun mərkəzi eyniadlı şəhərdir. Xoy rayonu Türkiyənin Van əyaləti ilə həmsərhəddir. 2016-cı ilin məlumatına əsasən, əhalisinin sayı 348 664 nəfərdir. Bu baxımdan, az qala yarım milyonluq bölgənin əhalisinin düşdüyü ağır vəziyyətə Tehran hakimiyyətinin laqeydliyi davam edir. 5 gündür təbii fəlakətdən zərərçəkənlər özlərinin düzəltdiyi çadırlarda və sığınacaq yerlərində gecələyirlər. İran Qızıl Aypara Cəmiyyətinin verdiyi çadırlar yetərli deyil. Türkiyənin Qızıl Aypara Cəmiyyətinin yardım təklifindən isə Tehran rejimi imtina edib.
Yardım edilməyən Xoy sakinləri -


Bu arada, təbii fəlakətdən ziyan görənlər "Üşüyürük, istilik, paltar, yemək verin!” deyə müraciət edirlər. Ötən gün zərərçəkənlər hakimiyyətin laqeydliyinə etiraz olaraq aksiya keçiriblər. Çoxsaylı etirazlardan sonra ötən gün bölgəyə İnqilab Keşikçiləri Qvardiyasının nümayəndələri səfər edib. Onların daha çox aksiya ilə bağlı əraziyə gəldikləri də istisna olunmur.

Nəticə etibarilə, İran rejiminin laqeydliyi və bölgənin zərərçəkən sakinlərinə sayğısızlıq Güney Azərbaycanın Təbriz və başqa bölgə sakinlərinin Xoy əhalisinə daha çox yardım etməsinə səbəb olub. Hakimiyyətin Xoydakı zəlzələdən zərərçəkənlər belə etinasız münasibəti rejimin bölgəni boşaltmaq istəyi qənaətinə gəlməyə əsas verir. Bu, İran hakimiyyətinin Güney Azərbaycana ögey münasibətinin çoxsaylı göstəricilərindəndir. Qeyd edək ki, rejim Ərdəbildə, Qəzvində, Qaradağda zəlzələlər olanda da belə laqeydlik göstərib. Ona görə də hadisələrə əsasən, demək olar ki, rejim ən adi humanistliyini də itirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...