Səfirliyimizə hücumdan öncə İSNA bu “işarəni” verib

Səfirliyimizə hücumdan öncə İSNA bu “işarəni” verib
Bu gün səhər saat 5:30-da İranın rəsmi İSNA xəbər agentliyi Azərbaycan Prezidentinə və dövlətinə qarşı qərəzli və böhtan dolu yazı dərc edib.

GUNDEMİNFO.AZ xəbər verir ki, yazı müəllifi və regionşünaslıq üzrə professor Kiyumərs Yəzdanpənahın məqaləsində qeyd olunur:

“Azərbaycan Respublikası tərəfindən Laçın yolunun hələ də açılmaması erməni soyqırımı kimi qəbul edilməlidir və belə bir acı hadisənin fəsadları barədə tezliklə ruslar xəbərdar edilməlidir.

Azərbaycanın bölgədə mühasirədə olan 120 min erməni xalqına qarşı qeyri-insani davranışına heç bir şəkildə haqq qazandırmaq və dözmək olmaz. Əgər tədbir görülməzsə, bu bölgədə səssiz ölüm baş verəcək”.

Dövlətə yaxınlığı ilə seçilən agentliyin bu yazısından bir neçə saat sonra, saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə hücum olur. Nəticədə bir nəfər dünyasını dəyişir, 2 nəfər isə yaralanır. /axar.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...