Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 340 hərbçisi məhv edilib".

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 811 tank, 4 070 zirehli döyüş maşını, 960 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 132 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 192 helikopter, 754 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 993 avtomobil texnikası və avtosistern, 86 xüsusi texnikadan ibarətdir.

Qeyd olunub ki, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...