Ukraynadan “QİSAS” əməliyyatına DƏSTƏK GƏLDİ

Ukraynadan “QİSAS” əməliyyatına
Azərbaycan Ordusunun erməni terrorçularına qarşı keçirdiyi "Qisas" əməliyyatına Ukraynadan dəstək gəlib.

Bu barədə Modern.az-a açıqlama verən Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, ictimai xadim, hazırda Rusiyaya qarşı döyüşdə iştirak edən Dmitro Kulibaba ölkəsinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini söyləyib.

O bildirib ki, Azərbaycan dövlətinin öz ərazisində hərbi əməliyyat keçirməsi tam hüquqa əsaslanır:

“Hər bir ölkənin ərazisində olan separatçı qüvvələr mütləq cazalandırılmalıdır. Azərbaycanın bütövlüyünü qorumaq və maraqlarına hörmət etmək bizim üçün əsas istiqamətlərdən biridir. Ukraynalılar qardaş Azərbaycan xalqına həmişə dəstək mövqeyində çıxış edir. Azərbaycanın haqlı savaşında hər zaman yanındayıq. Bu gün dünyanın müxtəlif bölgələrində müharibə ocaqları var. Biz inanırıq ki, sonda ədalət qalib gələcək. Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır. Bunu biz yüksək qiymətləndiririk və dəstəkləyirik”.

Qeyd edək ki, avqustun 3-də Azərbaycan Silahlı Qüvvələri Qarabağda antiterror əməliyyatı keçirib. "Qisas" adı verilən əməliyyat erməni terrorçularının Laçında törətdikləri təxribata cavab olaraq başlayıb.

Hərbi birləşmələrimizin keçirdiyi əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarılıb.

Bundan əlavə, Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər hərbçilərimiz tərəfindən nəzarətə götürülüb.

Hazırda bütün istiqamətlərdə Azərbaycan hərbçiləri əməliyyat şəraitinə nəzarət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...